sadə data tiplər
Python-da riyazi hesablamaları aparmaq üçün rəqəm və ədədlər əsasən üç data tipində təyin edilir: integer, float və complex.
Complex - ali riyaziyyatda istifadə olunur.
integer və float data tiplərini bir-birindən fərqləndirən əsas xüsusiyyət integerin tam ədədlər üçün, float data tipinin isə rasional ədədlər üçün istifadə olunmasıdır. Ədədlərin mənfi olduğunu bildirmək üçün qarşısına - işarəsi əlavə edilə bilər. Müsbət ədədlərin qarşısına + işarəsi əlavə etmək zəruri deyil, ancaq əlavə edilərsə, kod xətası olaraq qəbul edilmir.
Məsələn, 23.1 (iyirmi üç tam onda bir) ədədini float tipində yadda saxlanılır. 23 (iyirmi üç) ədədi isə integer tipində yadda saxlanılır. Əgər əvvəlcədən float tipində olan bir ədəd integerə çevrilərsə, python onu yuvarlaqlaşdırmır, nöqtədən sonrakı rəqəmləri silir. Məsələn:
Ekrana çıxan nəticə:
Pythonda həmçinin 4.
və .3
kimi yazaraq float rəqəmin və ya ədədin float tipində olduğunu başa düşmək mümkündür. 4.
4.0
kimi, .3
isə 0.3
kimi başa düşülür. Məntiqli olaraq əgər pythondan soruşsanız ki, 4.0
4
-ə bərabərdirmi, deyəcək ki, bərabərdir. Məlumat üçün qeyd edək ki, bu, bütün proqramlaşdırma dillərində belə deyil.
Python3.6-cı versiyasından etibarən böyük ədədlərin oxunaqlılığını artırmaq məqsədilə ədədləri tanıdarkən _ işarəsindən istifadə edilməsinə icazə verilir. Məsələn:
Octal (8-lik say sistemi) və Hexadecimal (16-lıq say sistemi) say sistemlərinə daxil olan ədədləri qeyd edərkən qarşısında müvafiq olaraq 0o (sıfır o) vəya 0x (sıfır x) qeyd etmək lazımdır. Məsələn:
print() funksiyası ekrana həmişə daha oxunaqlı yazı çap etdiyi üçün, böyük ədədləri (məsələn, 3.14 vurulsun 10 üstü 20) göstərərkən E hərfindən istifadə edir. Böyük ədədlər təyin edilərkən 10 üstü olan rəqəmlər (exponent value) integer tipində olmalıdır. Lakin vurulduğu ədəd (base value) rasional ola bilər. Məsələn:
Digər proqramlaşdırma dillərində olduğu kimi python-da da hər hansı bir məsələnin doğruluğunu yoxlamaq məqsədilə boolean dan istifadə olunur. True
və ya False
Həmin dəyişənlər case-sensitive-dir. Yəni TRUE və ya false yazsanız, başqa yerə müraciət etmiş sayılacaqsınız.
Kompüterlər hərşeyi rəqəmsal olaraq yadda saxladıqlarından True 1 rəqəmindən, False isə 0 rəqəmindən istifadə etməklə ifadə olunur. Dolayısıyla rəqəmsal hesablama zamanı True False-dan böyükdür.
Əlavə olaraq pythonda yoxluğu bildirən bir data tipi də mövcuddur. Bu None
adlanır. Bir şeyin olub-olmamasını None
ilə yoxlamaq mümkündür. Həmçinin, müvəqqəti olaraq hər hansı bir dəyişəni təyin etmək lazımdırsa və ona hansı dəyəri təyin edəcəyinizi bilmirsinizsə, həmin dəyişənə None
dəyərini təyin edə bilərsiniz.
Digər bir data tipi isə string adlanır. Stringlər vasitəsilə hərfləri və cümlələri ifadə etmək mümkündür. Stringlər kod içində cüt dırnaq və ya tək dırnaq içində yazıla bilərlər. Bunun üçün hərfin və ya sözün sağ və sol tərəfi ya tək ya cüt dırnaqla bağlanmalıdır. Biri tək digəri cüt dırnaqla bağlarsa xəta yaranır. Müxtəlif quruluşlu stringlərin ekrana çap olunmasıyla bağlı daha ətraflı print() funksiyası səhifəsindən tanış ola bilərsiniz.
Yuxarıda göstərilmiş kod parçası düzgündür. Məntiqli olaraq da rəqəmin rəqəmə hasili zamanı rəqəm gözləyirik. Bir hərfdən 3 dəfə dediyimiz zaman isə həmin hərfdən 3 dəfə ekrana çap olunur.
Last updated