Interpreter nəcür işləyir
Təsəvvür edin ki, kiçik bir proqram yazmısınız. Sizin source code-unuzu hard diskinizin üzərində quraşdırılmış əməliyyat sisteminin hər hansı hissəsində yadda saxlaya bilərsiniz. Məsəlçün, Desktop-da.
Siz öz source code-unuzu təmiz text formatında yadda saxlamalısınız, xüsusi fontlar, rəngləndirmələr, və s. istifadə etmədən.
Interpreter ilk növbədə içində source code olan yaddaşa verilmiş text faylını açıb onu başdan sona oxumağa başlayaraq bütün sətrlərin Dili nə əmələ gətirir? bölməsində qeyd etdiyim bəndlər üzrə düz yazılıb yazılmadığını yoxlayır.
Əgər səhv taparsa, öz işini dayandırır və ekrana error mesajları çıxarır.
Həmin mesajlarda sizin neçənci sətirdə nə səhvi etdiyiniz haqqında məlumatlar olur. Error mesajları adətən həmişə dəqiq olmur, bu təbii haldır. Komputer sizin kodda nə etmək istədiyinizi həmişə dəqiq başa düşə bilməz. Adətən daha yararlı error mesajları yuxarıda paylaşılanlar olur.
Əgər kodda hərşey düzgün olarsa, proqram işə düşür.
Last updated
Was this helpful?