Python nədir

Python geniş istifadədə olan, interpreted, object-oriented (obyekt yönümlü), ümumi istifadəyə yararlı yüksək səviyyəli proqramlaşdırma dilidir.

Python internet xidmətlərinin (axtarış mühərrikləri, bulud xidmətləri, sosial media və digər xidmətlər) bir çoxunda istifadə olunur. Bu proqramlaşdırma dili həmçinin elmi araşdırmalar və İT sahəsində proqram təminatının testlərinin aparılmasında da geniş istifadə olunur. Ümumilikdə isə zəngin funksiyaları olduğu üçün sadalanmayacaq dərəcədə çox məqsədlər üçün istifadə edilə bilər.

Python yüksək səviyyəli (insan dilinə daha yaxın) dil olduğu üçün əsasən maşın dilinin istifadə edildiyi böyük hesablama sürətləri tələb edilən yerlərdə işlədilmir.

Python ingilis dilindən birbaşa tərcümədə böyük ilan kimi tərcümə olunsa da, o öz adını BBC kanalında efirə gedən komediya janrındakı Monty Python's Flying Circus-dan götürmüşdür.

Python 1956-cı ildə Haarlem, Niderland-da anadan olmuş Guido Van Rossum tərəfindən yaradılmışdır.

Bu dilin yaradılmasının təşəbbüskarı və səbəbkarı Guido olsa da, əlbəttə ki, belə möhtəşəm bir dili tək başına inkişaf etdirmək qeyri-mümkün idi.

Python dilinin inkişafında dünyanın hər yerindən İT və digər sahələrdə işləyən kimliyi bilinən və bilinməyən çoxsaylı şəxslər iştirak edib.

Python dili 1999-cu ildə yaradılarkən 4 əsas məqamın özünü tapmasına diqqət yetirilmişdir:

  • sadə dil olması;

  • hamının inkişaf etdirə bilməsi üçün mənbə kodunun açıq və əlçatan olması;

  • ingilis dilində başa düşülən olması;

  • gündəlik tapşırıqları yerinə yetirə bilməsi.

Hal-hazırda python-un üçüncü versiyası istifadə olunur və dəstəklənir. Proqram dilinin ikinci versiyası artıq dəstəklənmədiyi üçün yavaş-yavaş istifadədən çıxarılır. Python 2-ci versiyada yazılmış kod python 3-cü versiyasının interpreter-ində işə düşməyəcəyi kimi bu prosesin əksi də baş verəcək. Belə ki, Python2-də yazılmış kodu python3-də çalışdırmaq üçün mütləq onu yenidən yazmalısınız.

Last updated