Compilation vs. interpretation
Yüksək səviyyəli dildə source code-u yazdıqdan sonra həmin kodun işləməsi üçün o, aşağı səviyyəli maşın dilinə tərcümə olunmalıdır.
Yüksək səviyyəli dildən maşın dilinə çevrilmənin iki əsas yolu mövcuddur:
Compliation - source code bir dəfə tərcümə olunur, kodda edilmiş hər dəyişiklik üçün kodu yenidən tərcümə etmək lazım gəlir. Bu zaman yazdığınız kod işlədilə bilən (məsələn, windows-da .exe faylları) fayl formatına çevrilir. Həmin tərcüməni edən alət compiler adlanır.
Interpretation - Proqram hər dəfə işə salınmaq istədikdə tərcümə olunmalıdır. Bu halda kodu istənilən şəxsə ötürə bilməzsiniz, gərək ötürdüyünüz şəxsdə də tərcümə etmək üçün alət olsun. Həmin alət interpreter adlanır.
Üstünlükləri
Compliation edilmiş proqramlar adətən daha sürətli işləyirlər;
Sadəcə kodu yazan şəxsin compiler istifadə etməsinə ehtiyac var, kodu təhvil alan şəxsin kompüterində compiler olmasına isə ehtiyac yoxdur;
Sizin yazdığınız kod compliation zamanı insanların çətin başa düşə bildiyi maşın dilinə çevrilir. Bu sizin kodun gizliliyini artırır.
Kodu yazıb bitirdiyiniz an onu işə sala bilərsiniz, əlavə tərcümə mərhələsinə ehtiyac yoxdur;
Sizin kodunuz yazdığınız formada kompüter yaddaşında saxlanılır. Müxtəlif arxitekturalı kompüterlər üçün müxtəlif təcrümələr etməyinizə ehtiyac qalmır.
Zəiflikləri
Compliation vaxt aparan bir proses halına çevrilə bilər. Siz öz kodunuzu yazıb bitirdikdən dərhal sonra işlətməyə bilərsiniz;
Müştərinin sahib olduğu dəmir avadanlıq platformasına uyğun olaraq kodu compile etməlisiniz ki, kod həmin arxitekturalı kompüterdə işə düşə bilsin.
Həm sizdə, həm də müştəridə interpreter olmalıdır ki, kodu işə sala bilsin;
Interpreter vasitəsilə işə düşən kodun compile olunan koddan sürətli işləməsini gözləməyin, çünki kompüterlə kod arasında əlavə proqram, yəni interpreter olur.
Python interpreted dildir, yəni yuxarıdakı cədvəldə Interpretation haqqında danışılan üstün və zəif xüsusiyyətlərə sahibdir.
Python dilində kod yazmaq istəsəniz, sizin python interpreter-ə ehtiyacınız olacaq. Python interpreter-i pulsuz yükləmək mümkündür. Tarixi səbəblərdən işləmək üçün əlavə interpreter-ə ehtiyacı olan dillər həmçinin skriptinq dilləri, həmin dillərin source code-u isə skriptlər adlandırılıb.
Last updated