Comments (şərhlər)
Şərhlər dedikdə kod işə düşdüyü zaman onun oxunmayan hissələri nəzərdə tutulur. Şərhləri yazdığınız kodun daha açıqlayıcı olması üçün əlavə edə bilərsiniz. Pythonda 2 formada şərhləri əlavə etmək mümkündür:
Əgər şərhi tək sətir üçün edirsinizsə, #
işarəsi qoymaq bəs edir. Əgər bir neçə sətir üçün edirsinizsə, '''
və ya """
işarələrindən istifadə edə bilərsiniz. Məsələn, aşağıdakı kod doğrudur.
# bu kodun birinci sətridir.
print("Salam")
# üçüncü və dördüncü sətir də işə düşməyəcək.
# bu dördüncü sətirdir.
print("salam-2")
'''
bu formada
bir neçə sətir
şərh əlavə etmək mümkündür
'''
print("salam-3")
"""
bu formada da
həmçinin.
"""
Yuxarıdakı kod icra olunduğu zaman ekrana aşağıdakı nəticəni verir:
Salam
salam-2
salam-3
Last updated
Was this helpful?