💡
python dərsləri
  • Python dərsləri
  • 👶PCEP
    • Proqramlaşdırma haqqında
    • Dili nə əmələ gətirir?
    • Compilation vs. interpretation
    • Interpreter nəcür işləyir
    • Python nədir
    • Digər python versiyaları
    • Python-dan ilk istifadə
    • Comments (şərhlər)
    • sadə data tiplər
    • sadə riyazi hesablamalar
    • print() funksiyası
    • Variables (dəyişənlər)
    • Shortcut operators
    • Type casting
    • Sadə string manipulation
    • input() funsiyası
    • Conditional operators (if,elif,else)
    • Loops(döngülər) while,for
    • Break, continue
    • Logic və bit operatorları
    • Lists
    • Functions (funksiyalar)
    • Tuple and dictionary
    • Exceptions
    • Exception handling (try-except)
  • 🤩PCAP
    • Modules (modullar)
    • Packages
  • Class-lar
    • Class-ların yaradılması
    • Class dəyişənləri
    • Class Inheritance
Powered by GitBook
On this page

Was this helpful?

  1. PCEP

Break, continue

Python dilində bəzi açar sözlər var ki, onlar mühüm əhəmiyyət daşımırlar, kodun yazılışında ciddi fərq yaratmırlar, professional proqramistlər onları istifadə etmədən də iş görə bilərlər. Bu kimi açar sözlər syntactic candy və ya syntactic sugar adlanırlar.

break və continue işlənmə qaydası aşağıdakı kimidir.

break - dərhal döngünü sonlandırır. Proqram döngüdən sonrakı sətirləri icra etməyə başlayır

continue - döngünün həmin mərhələsini skip edir

Nümunə üçün daxil edilmiş sözdə qalın saitlərdən başqa hərfləri çap edən koda baxaq.

soz = input("Soz daxil edin: ")

for herf in soz:
    if herf=='a':
        continue
    elif herf=='ı':
        continue
    elif herf=='o':
        continue
    elif herf=='u':
        continue
    else:
        print(herf,end='')

'''      
Ekranda çıxan nəticə.

Soz daxil edin: azerbaycan
zrbycn
'''

Yuxarıdaki nümunədə də göstərdiyim kimi, continue açar sözü öz işləndiyi yerdən çıxardır proqramı.

Aşağıdakı nümunədə doğru sayt adını daxil etmədikcə dayanmayan kod parçası görürsünüz. Kod break vasitəsilə döngüdən yalnız onda çıxır ki, daxil edilmiş sayt adı 3-cü sətirdəki şərti ödəsin. 5-ci sətirdəki break döngünü pozur.

while True:
    sayt = input("Sayt daxil edin: ")
    if sayt=="alicenab.com":
        print("Tapdiniz!")
        break
        
'''      
Ekranda çıxan nəticə.

Sayt daxil edin: example.com
Sayt daxil edin: test.com
Sayt daxil edin: alicenab.com
Tapdiniz!
'''  

While-else, for-else

Digər bir sintaktik şəkər isə while-else və for-else-dir. Python dili sizə imkan verir ki, döngülərdən sonra else açar sözünü işlədək. Bu bir çox yeni başlayanlar üçün çətin gələ bilər. Sadə izahı aşağıdakı kimidir.

Əgər hər hansı döngüdə kod break olunmazsa, bu zaman else içindəki kod işə düşsün. Dolayısıyla döngü içində break olunmayan bütün hallarda həm döngünün içindəki kod həm də else içindəki kod işə düşür.

i = 0
while i < 5:
    print(i)
    i += 1
else:
    print("else:", i)

Aşağıdakı kod parçasında i əvvəlcədən 111-ə bərabər edildiyi üçün 2-ci sətirin içini oxumur və 4-cü sətirin içinə keçir.

i = 111
for i in range(200, 1):
    print(i)
else:
    print("else:", i)

PreviousLoops(döngülər) while,forNextLogic və bit operatorları

Last updated 3 years ago

Was this helpful?

👶