Sadə string manipulation
Yeni başlayanlar üçün rahat olsun deyə stringlərlə iş üzrə çox sadə izah verməyə çalışacam
iki fərqli stringi bir birinə birləşdirmək (concatinte) üçün +
işarəsindən istifadə edə bilərsiniz. Məsələn
a='Salam'
b='necesiniz?'
print(a+b)
Yuxarıdakı kod ekrana Salamnecesiniz?
çıxardacaq. arada boşluq olması üçün yuxarıdakı kodun üçüncü sətrini aşağıdakı ilə dəyişmək lazımdır.
print(a+' '+b)
+
işarəsinin concatination (birləşdirici) funksiyasını yerinə yetirməsi üçün, + işarəsinin sağ və sol tərəfləri string olmalıdır.
String replication
Bir stringi X qədər çoxaltmağa string replication deyilir. Bu aşağıdakı formada icra olunur.
print('a'*3) # ekrana aaa çıxardır
print('ab'*3) # ekrana ababab çıxardır
print('abc'*0) # ekrana boş string çıxardır
print('b'*-1) # ekrana boş string çıxardır
Last updated
Was this helpful?