Dili nə əmələ gətirir?
İstər maşın dili, istərsə də təbii dil olsun, dilin əmələ gəlməsində rol oynayan bir neçə vacib ünsür vardır.
1) əlifba - sözləri əmələ gətirən hərflər
2) leksika (lüğət) - dili əmələ gətirən sözlər. Məsələn "komputer" yazılışı düzgündür ancaq "kopmutre" yazılışı düzgün deyil.
3) sintaksis - Sözlərin cümlə əmələ gətirə bilməsi, məsələn "Mənim qara rəngli maşınım var" doğrudur, "Məndə qaraltı rəngsiz maşında varımdı" doğru deyil.
4) semantika - Sözlərin cümlə içində məna verəcək formada düzgün sıralanması, məsələn, "Mənim komputerim var." doğrudur, "Komputerim mənim var." doğru deyil.
Maşın dilini (dəmir avadanlıqlara birbaşa əmr göndərən aşağı səviyyəli dillər, məs. Assembler.) insanların başa düşməsi çox çətin olduğuna görə, həm insanların həm komputerin başa düşdüyü dillərin yaranmasına ehtiyac yaranmışdır. Bu dillər high-level languages (yüksək səviyyəli dillər) adlandırılırlar. Python yüksək səviyyəli dildir.
Yüksək səviyyəli dildə yazılmış kodlar source code adlanırlar. Source code-un yadda saxlanıldığı fayl isə source file adlanır.
Last updated