💡
python dərsləri
  • Python dərsləri
  • 👶PCEP
    • Proqramlaşdırma haqqında
    • Dili nə əmələ gətirir?
    • Compilation vs. interpretation
    • Interpreter nəcür işləyir
    • Python nədir
    • Digər python versiyaları
    • Python-dan ilk istifadə
    • Comments (şərhlər)
    • sadə data tiplər
    • sadə riyazi hesablamalar
    • print() funksiyası
    • Variables (dəyişənlər)
    • Shortcut operators
    • Type casting
    • Sadə string manipulation
    • input() funsiyası
    • Conditional operators (if,elif,else)
    • Loops(döngülər) while,for
    • Break, continue
    • Logic və bit operatorları
    • Lists
    • Functions (funksiyalar)
    • Tuple and dictionary
    • Exceptions
    • Exception handling (try-except)
  • 🤩PCAP
    • Modules (modullar)
    • Packages
  • Class-lar
    • Class-ların yaradılması
    • Class dəyişənləri
    • Class Inheritance
Powered by GitBook
On this page

Was this helpful?

  1. PCEP

Python-dan ilk istifadə

PreviousDigər python versiyalarıNextComments (şərhlər)

Last updated 3 years ago

Was this helpful?

Əgər siz, MacOS vəya hər hansı linux tipli əməliyyat sistemini istifadə edirsinizsə, çox böyük ehtimalla sizin kompüterinizdə artıq python3 mövcuddur. Terminala aşağıdakı əmri yazaraq yüklənib-yüklənməməsini yoxlamaq mümkündür.

python3 -V

Yükləndiyi halda python3-ün versiyası ekrana yazılacaq.

Windows istifadə edən şəxslər isə ağlayaraq bu sadəliyi öz gündəliklərinə yaza bilərlər.😛

Əlbətdə ki, bu bir zarafatdır, windows istifadəçiləri aşağıdakı linkdən python3-ü öz kompüterlərinə yükləyib quraşdıra bilərlər.

Python-da kod yazmağa başlamaq üçün iki şeyə ehtiyacınız var:

1) Kodu yazdığınız editor-a (notepad, vim, notepad++, visual studio code və s.);

2) yazdığınız kodu işə salmaq və işə düşmüş kod nəzarətdən çıxdıqda həmin prosesi bağlamaq üçün console(terminal)-a.

Əlavə olaraq, yazdığınız kodu addım-addım izləyib, hansı mərhələdə kodun necə davrandığını müşahidə etməyinizə kömək edən debugger-dən istifadə edə bilərsiniz.

Python3-ü Windows əməliyyat sisteminə quraşdırdığınız vaxt yuxarıda sadalanan bəndlərdəki özəllikləri və debuggeri özündə birləşdirən IDLE adında bir alət də yüklənir.

IDLE Integrated Development and Learning Environment sözlərinin birləşməsidir.

Test üçün MacOS əməliyyat sistemində prosesin necə olduğuna baxaq.

pwd
/Users/alicenab/Desktop/ders
vim ilk.py
cat ilk.py 
print("Salam dunya")
python3 ilk.py 
Salam dunya

1) pwd əmri vasitəsilə hal-hazırda hansı qovluqda olduğumuzu öyrənmək istəyirik; 2) 1-ci sətirdəki əmrin cavabı ikinci sətirdə ekrana yazılır; 3) vim text editoru vasitəsilə ilk.py adında fayl yaradıb içinə print("salam dunya") yazırıq; 4) cat əmri vasitəsilə ilk.py faylının içini ekrana çıxardırıq; 5) 5-ci sətirdə 4-cü sətirdəki əmrin nəticəsi görünür; 6) python3 ilk.py əmri vasitəsilə ilk.py source faylını python3 interpreterinə ötürürük; 7) 6-cı sətrin nəticəsi 7-ci sətirdə ekrana yazılır. Bu proqramın nəticəsidir.

👶
https://www.python.org/ftp/python/3.10.3/python-3.10.3-amd64.exe
(bu spesifik olaraq 3.10.3 versiyasının linkidir.)